Badımcanlı qat-qat salat

Порций:   Время приготовления:

Badımcan bədən sağlamlığı üçün olduqca faydalı bir tərəvəzdir. 

Tərkibi:

  • 4-5 ədəd orta boy badımcan
  • 3 ədəd pomidor
  • 1-2 ədəd bibər
  • 250 qr toyuq döş əti
  • keşniş
  • şüyüd
  • bitki yağı
  • mayonez
  • duz
  • istiot

Hazırlanma qaydası:

İlk öncə badımcanları nazik, uzun-uzun doğrayın və bitki yağında hər iki üzünü qızardın.

Toyuğun döş ətini suda qaynadın və didin. İçlik üçün pomidor, bibər və göyərtiləri doğrayın, duz vurub qarışdırın.

Qızartdığınız badımcanları servis boşqabına düzüb duz səpin.

Mayonez yaxın və üzərinə içlik tökün, yenə badımcan düzün. Eyni qayda ilə 2 və ya 3 qat hazırlayın.

Ən üstə yenə qızardılmış badımcanlar düzün. Salat hazırdır.

Nuş olsun!
19415815_1171693512976875_336340804_n 19416085_1171693509643542_878440709_n 19397721_1171693516310208_1398444317_n
Метки записи: ,