Az duzlu pomidor marinadı

Порций:   Время приготовления:

Çox dadlı pomidor marinadı "Az duzlu pomidor" 

Tərkibi

1 kq pomidor üçün:
  • 1,5 l su
  • 4 xörək qaşığı duz
  • 2 xörək qaşığı şəkər tozu
  • 1,5 çay qaşığı sirkə
  • 1 ovuc doğranmış şüyüd
  • 3 dəfnə yarpağı
  • 4 albalı yarpağı
  • 6 ədəd üyüdülməmiş istiot
  • 1/3 çay qaşığı xardal toxumu
  • 1/3 çay qaşığı paprika
  • 2 mixək
  • 6-8 diş doğranmış sarımsaq

Hazırlanması:

Pomidorları yuyun və bir az yan tərəfdən kəsin. Kəsilən yerlərə sarımsaq qoyun. Bir qazana və ya bankaya pomidorları yığıb duz, şəkər və bütün ədviyyatları tökün. Suyu qaynadıb 1-2 dəqiqə saxlayıb pomidorların üzərinə tökün. Sirkə əlavə edib qapağını örtün. Banka və ya qazan soyuduqdan sonra soyuducuya qoyun.10-12 saatdan sonra azduzlu pomidorlar hazırdır.

NUŞ OLSUN!

DOR