Asan hazırlanan toyuq piroqu

Порций:   Время приготовления:

5xboHCkXBtU

Pəhrizdə olanlar üçün toyuq filesi ilə hazırlanan çox asan və dadlı piroq bişirməyi təklif edirik.

Tərkibi:

  • 300 qr bişmiş toyuq filesi
  • 50 qr un
  • 2 ədəd yumurta
  • 150 qr süd
  • 50 qr orta yağlığı olan bərk pendir
  • 1/2 çay qaşığı qabartma tozu
  • zövqə görə ədviyyatlar ( qara istiot, karri)
  • duz

Hazırlanma qaydası:

Öncə toyuq filesini  xırda doğrayın. Bir qabda yumurta, duz və südü çırpın, üzərinə un,qabartma tozu və ədviyyatlar əlavə edib duru xəmir əldə edin. Xəmirə xırda toyuq tikələrini və rəndələnmiş pendiri əlavə edin. Yaxşı qarışdırın və bişirəcəyiniz formaya tökün. 200 dərəcə qızdırılmış sobada 35-40 dəqiqə üzəri qızaranadək bişirin. Bu piroqu həm sobada, həm də multivarkada bişirə bilərsiniz. Nuş olsun! 5xboHCkXBtU
Метки записи: ,