Armudlu maffin

Порций:   Время приготовления:

Ətirli və çox dadlı armudlu maffin bişirib əzizlərinizi sevindirə bilərsiniz.

Tərkibi:

  • 50 qr kərə yağı

  • 250 ml süd

  • 1 yumurta

  • 1/4. çay qaşığı duz

  • 1 çay qaşığı qabartma tozu (sirkə ilə söndürülmüş soda da olar)

  • 120 qr şəkər tozu

  • 200 qr un

  • 3 ədəd armud

Hazırlanma qaydası:

İlk öncə yağı əridin.Daha sonra südü əlavə edin.Soyuyan qarışığa yumurtanı əlavə edib qarışdırın.Başqa bir qabda un, duz, qabartma tozu və şəkər tozunu yaxşıca qarışdırın. Duru qarışığı quru qarışıqla birləşdirərək qarışdırın.

Armudlarin qabığını soyub dilimləyin.Maffin üçün formaları bitki yağı ilə yağlayıb un səpin.Xəmiri formalara bölüşdürün və dilimlənmiş armudları xəmirin üzərinə düzün.Əvvəlcədən 200-220 dərəcə qızdırılmış sobada təxminən 20-25 dəqiqə bişirin.Hazır maffinləri sobadan çıxarın, 5 dəqiqə formada soyudun.Daha sonra formadan çıxarıb süfrəyə verin.

Nuş olsun!
Метки записи: ,