Ananaslı toyuqlu salat
Порций:
Время приготовления:
Tərkibi:
-
200 qr toyuq filesi
-
200 qr konservləşdirilmiş ananas
-
70 qr bərk pendir
-
1-2 diş sarımsaq
-
30 qr qoz
-
duz
-
istiot
-
2 ədəd yumurta
-
mayonez
Salatı yerləşdirmək üçün səbət
Hazırlanma qaydası:
Toyuq filesini bişirib soyudun və kiçik tikələr şəklində kəsin. Konservləşdirilmiş ananasları kubik şəklində doğrayın. Pendiri rəndələyin. Qozu da bıçaqla xırdalayın. Bir qabda fileni, ananası, pendiri və qozu qarışdırın.
Suda bişmiş yumurtanı da doğrayın və əzilmiş sarımsağı da əlavə edib qarışdırın.
Duz, istiot və mayonez töküb yaxşıca qarışdırın.
Salatı yerləşdirmək üçün səbətləri https://www.recept.az/sebet-salati/bu məqaləmizdə səbət xəmirinin resepti və hazırlanma qaydasından istifadə edə bilərsiniz) içərisini salatla doldurun, üstünə xırdalanmış qoz və xırda doğranmış göyərti səpib süfrəyə verin.
Nuş olsun!
Еще с сайта: