Əziz kulinarlar, təqdim edəcəyimiz bu resept uşaqlar, eləcə də, pəhrizdə olan böyüklər üçün çox faydalı şirniyyat növüdür.
Almalı marmelad
Almalı marmeladın tərkibi:
- 5 ədəd böyük alma
- 100 qr şəkər tozu
- 2 x/q kartof nişastası (kraxmal)
- 100 ml su
- 20 qr jelatin
Hazırlanma qaydası:
1 Jelatinin üzərinə su töküb, şişməsini gözləyirik.
2 Nişastanı az miqdar suda açırıq.
3 Almaları qabığından ayırıb, içərisini təmizləyib, sürtgəcin iri gözündən keçiririk. Rəndələnmiş almaları ocağın üzərində qaynadıb, sonra az odda daim qarışdırıraraq 30 dəqiqə bişiririk. Üzərinə nişasta töküb, bişiririk. Alınmış püreni blenderdən keçiririk.
4 Jelatini suda tam əriyənədək qaynadıb, püreyə əlavə edib, qarışdırırıq.
5 İstənilən formanı görüb, içərisinə yeyinti sellofanı çəkirik. Marmeladı bura töküb, soyducuda tam bərkiyənədək saxlayırıq. Sonra çıxarıb, kəsirik. Süfrəyə verərkən üzərini meyvə qurusu ilə bəzəmək də olar.
NUŞ OLSUN!