Yulaf yarması sıyığı ilə səhərə başlamaq xoşdur. Yulaf yarması-sağlam qidalanma üçün əla antioksidantdır, gəncliyinizi qoruyaraq uzun zaman cavan qalmağınıza səbəb olur. Saçlarınıza və dırnaqlarınıza gözəllik bəxş edir. Yulaf yarması sıyığına istədiyiniz quru meyvələri, qoz-fındıq, darçın əlavə etmək olar. Ən yaxşı üsullardan biri alma və darçınlı yulaf yarması sıyığıdır.
Alma, qoz və darçınlı yulaf yarması
Порций:
Время приготовления:
Tərkibi:
- 50 qr yulaf yarması
- 1 ədəd alma
- 2 çay qaşığı bal
- 30 qr qoz
- darçın
Hazırlanma qaydası:
Almanı yuyun və qabığını soyun. İçini təmizləyin və kiçik dilimlərə bölün. Yulaf yarmasını təlimatına əsasən suda bişirin (250 ml su əlavə edin və qaynayanadək zəif odda bişirin).Yulaf yarması sıyığını boşqaba tökün, üzərinə bal, alma, qoz və darçın əlavə edin.
Nuş olsun!
Еще с сайта: