Hər il səbirsizliklə alça mövmüsünü gözləyirik. Təqdim etdiyimiz reseptlərlə hazırladığınız alça turşusunu ilin hər mövsümü ləzzətlə yeyə biləcəksiniz.
Alça turşusunun ən dadlı və asan reseptləri
Ərzaqlar:
- yaşıl alça
- 1 baş sarımsaq
- 1 litr su
- 2,5 qaşıq qaya duzu
- 1 stəkan sirkə
- limon dilimləri
- 2 dəfnə yarpağı
- 1 çay qaşığı dənə istiot
- yarım dəstə cəfəri sapı
- Yetişmiş alça
- 1-2 budaq nanə
- 1-2 tikə qənd
- 1 qəhvə fincanı sirkə
- 5-6 ədəd istiot
- 1/2 desert qaşığı duz
- Soyuq su
- 1 xörək qaşığı sirkə
- Banka
Hazırlanması:
I Qayda
Sarımsaqları təmizləyib iri doğrayın, alçaları yuyub suyunu süzün. Balona limon dilimləri,alça, sarımsaq, istiot dənələri düzüb üzərinə cəfəri sapı qoyun. Üzərinə su töküb, su dolu digər böyük qabın içində duzu əriyənə qədər qaynadın. Ağzını möhkəmcə bağlayıb mümkün olan ən sərin yerdə saxlayın.
II Qayda
Alçaları quru balona yığıb aralarına nənə yarpağı yerləşdiririk. Üzərinə 1 qəhvə fincanı sirkə,1 dolu qaşıq duz, 6 ədəd istiot və 1 parça qənd qoyuruq. Balon tam doldurulandan sonra, soyuq su töküb ağzını möhkəm bağlayırıq.