Ağ-qara mətbəx dekorasiyası zərif, havalı və müasir bir görüntü yaradır. Əslində qara bir az cəsarətli rəngdir, lakin düzgün istifadə edildikdə və ağ rənglə müqayisə olunduqda ortaya möhtəşəm bir görüntü çıxır.
Ağ-qara mətbəxlər xarakter sahibidir.
Geniş və işıqlı mətbəxiniz varsa “checkers” deyilən damalı ağ-qara plitka ilə fonu döşəyə bilərsiniz. Divarları və yemək masasını ağ, mətbəx şkaflarını qara seçərək gözəl bir harmoniya yarada bilərsiniz.
Əgər mətbəxiniz kiçik və qaranlıqdırsa mətbəx şkaflarını, divar rəngini, fonu, xalça və pərdələri ağ seçməlisiniz. Çünki ağ rəng mühiti həm daha təravətli və parlaq, həm də daha böyük göstərir. Mətbəx ləvazimatlarını, mətbəx stullarını və aksessuarlarını qara rəngdən istifadə edərək balanslı bir dekorasiya edə bilərsiniz. Müasir ağ-qara mətbəx dekorasiyası edərkən metal boz aksessuarlar və şüşə aksessuarlardan da istifadə etmək olar.
Ağ rəngli qidalar
Ağ rəngli qidalar immunitet sistemini gücləndirir. Bunun la yanaşı xolesterolu və qan şəkərini salır, ürək xəstəlikləri riskini azaldırlar.
Sarımsaq, ...
Bir qadını ən çox düşündürüb, narahat edən, vaxtından tez qocaldan bilirsinizmi nədir? “Yeməyə nə bişirəcəm?”sualı. Biz xanımlar demək olar ki, hər gün ...