Gürcü mətbəxinin sevimli yemək növü sayılan xaçapurinin bir çox növü var. Biz Sizə Acarsayağı xaçapurinin hazırlanma qaydasını təqdim edirik. Gürcüstanda səfərdə olanlarınıza bu təamın dadı yəqin ki, yaxşı tanışdır.
Acarsayağı xaçapuri
Порций:
Время приготовления:
Ərzaqlar:
Xəmiri üçün:
- 2 stəkan un
- 5-7 qram toz maya
- 1 stəkan süd
- 1 çay qaşığı duz
- 2 çay qaşığı şəkər tozu
- 2 xörək qaşığı duru yağ
- 3-6 ədəd yumurta
- 250 qr suluquni pendiri ( digər pendir növü də istifadə edə bilərsiniz)
Hazırlanması:
Bir qabda un, maya, duz, şəkər tozu, süd və duru yağı töküb xəmir yoğurun. Xəmirin üzərini sellofanla örtüb, 40-50 dəqiqəlik acımağa qoyuruq.Yenə xəmiri yoğurub, 40-50 dəqiqəlik gözlədirik. Pendiri sürtgəcin xırda gözündən keçirib,üzərinə bir az süd və ya su tökürük(yumşaq olsun deyə). Hazır xəmiri 3-4 hissəyə ayırırıq. Ayırdığımız kündələri əlimizlə 5 mm qalınlığında açırıq, Sonra kənarlarını bükürük.Orta qisminə pendirli içlikdən qoyuruq. 240 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişiririk. Yumurtaları sarısından ayırırıq. Sonra xaçapuriləri sobadaN çıxarıb, çəngəllə üzərində yuvacıqlar açırıq. Yumurta sarılarını o yuvacıqlara töküb yenidən sobaya 5 dəqiqəlik bişməyə qoyuruq. Hazır xaçapurilərin üzərinə 2-3 dilim kərə yağı qoyub, kənarlarını fırçayla yağlayırıq. Bu xaçapuri həm də, tutumlu səhər yeməyidir.


Nuş olsun!
Еще с сайта: