Acarsayağı toyuq (Gürcü mətbəxi)
Порций:
Время приготовления:
Tərkibi:
-
2 kq toyuq
-
8 diş sarımsaq
-
20 qr keşniş
-
230 ml su
-
1 çay qaşığı acı bibər tozu
-
1 çay qaşığı istiot
-
1 çay qaçığı xmeli suneli ədviyyatı
-
1 xörək qaşığı duz
-
2 xörək qaşığı bitki yağı
Hazırlanma qaydası:
Toyuğu yuyun və kağız dəsmalla qurulayın. Daha sonra toyuğun döş hissəsindən kəsib bölün (axıra qədər deyil! ).
Toyuğu bir az çəkiclə döyəcləyin və hər tərəfinə duz, istiot vurun.
Toyuğun yerləşəcəyi böyük ölçülü tavaya yağ töküb qızdırın. Toyuğu iç hissəsi tavada olacaq şəkildə tavaya yerləşdirin və üzərinə boşqab çevirin.
Boşqabın üstünə ağır (içi suyla dolu qazan) qoyub 15 dəqiqə iki tərəfli qızardın.
Keşnişi və sarımsaqları xırda doğrayın.
Balaca qabda doğranmış keşniş, xırda doğranmış sarımsaqlar, xmeli suneli ədviyyatı, acı bibər tozu və su töküb yaxşıca qarışdırın.
Ədviyyatlı-sarımsaqlı qarışığı toyuğun üzərinə tökün və boşqabı örtüb daha 10 dəqiqə bişirin.
Toyuğu süfrəyə istənilən qarnirlə və salatlarla verə bilərsiniz.
Nuş olsun!
Еще с сайта: