5 dəqiqəyə marinə edilmiş göbələk
Порций:
Время приготовления:
Şampinyon göbələyi vitamin və minerallarla zəngin faydalı ərzaq məhsuludur. Tərkibində B qrupu vitaminləri bol olan bu məhsul yaddaşın möhkəmlənməsinə müsbət təsir göstərir, insanın zehni fəaliyyətini aktivləşdirir.
Tərkibi:
-
500 qr şampinyon göbələyi
-
60 ml uksus (9%)
-
120 ml bitki yağı
-
3 diş sarımsaq
-
10 ədəd dənə istiot
-
2 çay qaşığı şəkər tozu
-
1 çay qaşığı duz
-
4 ədəd dəfnə yarpağı
Hazırlanma qaydası:
Göbələkləri yuyun, böyük ölçülü göbələkləri 4 hissəyə kəsin.
Marinad üçün qazanda uksus, bitki yağı, duz, şəkər tozu, dənə isiot və dəfnə yarpağını qarışdırın.
Göbələkləri marinadın üzərinə əlavə edin. Sarımsağı sarımsaq əzəndən keçirib tökün.
Ocaqda qarışdıraraq qaynadın. Qaynamağa başladıqda daha 5 dəqiqə qaynadıb ocağı söndürün.
Göbələkləri bankaya tökün və soyudun.
4 saatlıq soyuducuya yerləşdirin. 4 saat sonra yeyə bilərsiniz.
Nuş olsun!

Еще с сайта: